İdman
Ramos Parisə qayıdır?
Fransanın “Paris” klubu qış transfer pəncərəsində Serxio Ramosu heyətinə qatmaq imkanını nəzərdən keçirib.
Publika.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
İspaniyalı müdafiəçi “Monterrey”dən ayrıldıqdan sonra azad agent statusundadır və Avropaya qayıtmaqda maraqlıdır. 39 yaşlı futbolçu karyerasının son mərhələsində yeni çağırış axtararkən mövcud variantları dəyərləndirir.
Serxio Ramos üçün Fransaya dönüş də istisna edilmir. O, 2021–2023-cü illərdə PSJ-nin formasını geyinib və Paris klubundakı çıxışını müsbət notlarla başa vurub. Son günlərdə “Nitsa” ilə bağlı yayılan məlumatlar klubun prezidenti Jan-Pyer Rivery tərəfindən təkzib edilsə də, “Paris”in daxilində təcrübəli mərkəz müdafiəçisinin namizədliyi müzakirə olunub.
Ambisiyalı Paris təmsilçisi Ramosu həm müdafiə xəttini gücləndirə biləcək lider fiqur, həm də klubun imicini yüksəldəcək ad kimi görür. Bununla belə, bildirilir ki, futbolçu idman baxımından daha geniş imkanlar təqdim edən layihəyə üstünlük verir.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ










.jpg)



.jpg)






















