İdman
Vinisius yenə “Real” fanatlarını qəzəbləndirdi
“Real”ın hücumçusu Vinisius “Betis”lə oyunda “Santyaqo Bernabeu” tribunalarından yenidən fitə basılıb.
Publika.az xəbər verir ki, braziliyalı futbolçu məhsuldar fəaliyyəti ilə seçilmədiyi 19-cu turun “Betis”lə 5:1 hesablı matçında 77-ci dəqiqədə əvəzlənib. Vinisiusun klub və milli komanda səviyyəsində qolsuz seriyası 18 oyuna çatıb və bu ardıcıllıq 10 oktyabrdan bəri davam edir.
Bildirilir ki, oyun boyu Vinisius hər top itkisində və ya sonadək aparılmayan sürətli çıxışlarında tribunaların narazılığı ilə üzləşib. Azarkeşlər futbolçudan daha yüksək intensivlik tələb ediblər.
Oyundan sonra “Real”ın baş məşqçisi Xabi Alonso Vinisiusun çıxışını müsbət qiymətləndirib və fitə basılması ilə bağlı mövqeyini bildirməyib.
“Vinisius komandaya çox fayda verdi, ilk hissədə rəqib müdafiəni ciddi şəkildə sarsıtdı, sarı vərəqə qazandırdı və rəqibi cinah müdafiəçisini dəyişməyə məcbur etdi. Vinisiusun oyunu xoşuma gəldi və Superkubokda o, əsas rollardan birini oynayacaq”, – deyə Xabi Alonso bildirib.
Heybət
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ










.jpg)



.jpg)






















