"Karate Kombat"da qeyri-adi görüş: Ayaqları olmayan idmançı ilə döyüşəcək - FOTOLAR
Bizi izləyin

İdman

"Karate Kombat"da qeyri-adi görüş: Ayaqları olmayan idmançı ilə döyüşəcək - FOTOLAR

UFC-də çıxış etmiş və ya hələ də çıxış edən döyüşçülərin digər liqalarda sərbəst güləş, qrepplinq və ya cüdo-ciitsu qaydaları ilə mübarizə aparması yeni trenda çevrilib.

Publika.az xəbər verir ki, bu, həm pul qazanmaq, həm də aktiv qalmaq imkanıdır. Promouterlər də razıdırlar, çünki hamıya tanış adlarla keçirilən döyüşlər diqqət çəkir. "Karate Kombat" isə bu məsələdə daha da orijinal addım ataraq 13 fevralda Mayamidə unikal qarşılaşma təşkil edəcək.

Braziliyalı döyüşçü Valter Uoker turnirdə iştirak edəcək və orada Zayon Klarkla üz-üzə gələcək. Bu döyüşün özəlliyi ondadır ki, Uokerin rəqibinin ayaqları yoxdur. Klark nadir xəstəlik - kaudal reqressiya sindromu ilə anadan olub. Qeyri-adi görünüşünə görə onun uşaqlığı çox ağır keçib. Sığınacaqda ona qarşı zorakılıq edilib, doqquz ailə dəyişib.

Zion Klark

Zayon artıq ikinci sinifdə güləşlə məşğul olmağa başlayıb. İlk vaxtlar bu, hər kəsə qəribə görünürdü: “İlk sparrinqlərdə nə edəcəyimi bilmirdim. Rəqibim də başa düşmürdü ki, ümumiyyətlə nə baş verir. Bəzi uşaqlar mənimlə güləşməkdən qorxurdu, mən də onlarla güləşməkdən”.

Zamanla Klark uyğunlaşdı, qollarını və gövdəsini gücləndirdi, özünəməxsus güləş üslubunu tapdı. O, bir qolunu ayaq kimi istifadə edir, onunla dayaq alır, digər qolla isə tutmağa çalışır. Kollecdə Zayon sağlam rəqibləri məğlub etməklə məşhurlaşdı və sonradan üç dəfə Ginnesin Rekordlar Kitabına düşdü. 2022-ci ildə onun MMA-da debüt arzusu reallaşdı. Bu imkanı ona "Gladiator Challenge" liqası verdi. Klark orada Yucin Murreylə döyüşdü. Qaydalara əsasən, Murreyyə başa ayaq və diz zərbələri endirmək qadağan idi. Döyüş Zayonun hakimlərin yekdil qərarı ilə qələbəsi ilə başa çatdı.

Zion Clark: Born without legs, this American athlete is now a wrestler, MMA  fighter and Olympic hopeful | CNN

Maraqlıdır ki, qarşıdakı döyüşdə Klarkın rəqibi UFC-də daban burğusu üzrə əsas mütəxəssis hesab olunur. Valter Uoker promouşnda debütü Lukaş Bjejskiyə məğlubiyyətlə etsə də (bu, polyak döyüşçünün UFC-də 6 məğlubiyyət fonunda yeganə qələbəsidir), daha sonra inanılmaz seriyaya start verdi. Dörd döyüş, hamısında daban burğusu ilə birinci raundda qələbə.

Rəsmi statistikaya görə, Valter bu fəndlə qazanılan qələbələrin sayına görə UFC rekordunu Rusimar Palyareslə bölüşür. Lakin Palyaresdən fərqli olaraq, Uoker rəqiblərini ardıcıl 4 dəfə "heel hook" ilə məğlub etməyi bacarıb. Üstəlik, Valter ağır çəkidə çıxış edir və bu divizionda cəmi 8 belə qələbə var. Onların yarısı Uokerə məxsusdur. Son döyüşündə Lui Sazerlendlə qarşılaşmada braziliyalı ayağını sındırsa da, güləşə keçdi və rəqibini daban burğusu ilə təslim etdi.

İndi Uokeri yeni çağırış gözləyir. Bu qarşılaşmada daban burğusu ilə qələbə mümkün deyil, Klarkı başqa üsulla məğlub etmək lazım gələcək. Daha sonra isə Valter yenidən UFC-də rəqiblərinin ayaqlarının arxasınca qayıdacaq.

Heybət
Zion Clark, a wrestler born without legs, wins MMA debut - ESPN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm