İtaliya nəhəngi "Siti"nin liderini hədəfə aldı, "Qalatasaray"a rəqib oldu
Bizi izləyin

İdman

İtaliya nəhəngi "Siti"nin liderini hədəfə aldı, "Qalatasaray"a rəqib oldu

“Yuventus” “Mançester Siti”dən yarımmüdafiəçi Bernardo Silvanın keçidinə maraq göstərir.

Publika.az xəbər verir ki, bu barədə italyan jurnalist Cankluka Di Marsiyo məlumat yayıb.

“Biankoneri” oyunçunun vəziyyətini diqqətlə izləyir. Bernardo Silva ilə “şəhərlilər” arasındakı müqavilə 2026-cı ilin yayında başa çatır.

"Yuve" İngiltərə nəhənginin liderini azad agent kimi komandaya cəlb etməyə çalışır. Qaydalara görə portuqaliyalı futbolçu yanvardan digər klublarla potensial keçid barədə danışıqlar apara bilər.

Silvaya Türkiyənin “Qalatasaray” klubu da aktiv maraq göstərir. Həmçinin onun Səudiyyə Ərəbistanıdan təklifləri və doğma klubu “Benfika”ya qayıdış variantı da var.

Silva 2017-ci ilin yayında "Monako"dan “Mançester Siti”yə 50 milyon avroya keçib. 2019-cu ildə o, “şəhərlilər”in ən yaxşı oyunçusu seçilib. Hazırda onun transfer qiyməti 32 milyon avro dəyərləndirilir.

Cari mövsümdə 31 yaşlı yarımmüdafiəçi “Siti” forması ilə 28 matç keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm