"Fənərbağça" dünya çempionuna təklif göndərdi
Bizi izləyin

İdman

"Fənərbağça" dünya çempionuna təklif göndərdi

“Fənərbağça” klubu “Əl-İttihad”ın mərkəz yarımmüdafiəçisi N’Qolo Kanteni heyətinə qatmaq niyyətindədir.

Publika.az xəbər verir ki, Türkiyə nəhəngi fransız oyunçuya rəsmi təklif göndərib. Bu gün klub nümayəndələri ilə futbolçunun agenti arasında danışıqlar planlaşdırılıb.

“Fənərbağça” rəhbərliyi Kanteni bu qış transfer pəncərəsində komandaya qatmaq istəyir və onun hazırkı müqaviləsinin bitməsini gözləmək niyyətində deyil.

34 yaşlı fransız oyunçu 2023-cü ilin yayından Səudiyyə Ərəbistanın “Əl-İttihad” klubunda çıxış edir. DÇ-2018-in qalibinin müqaviləsi 2026-cı ilin yayına qədərdir. Buna görə də oyunçu artıq digər klublarla gələcək əməkdaşlıq şərtlərini müzakirə etmək hüququna malikdir.

Cari mövsümdə N’Qolo bütün rəsmi turnirlərdə Səudiyyə komandası ilə 21 oyuna çıxıb və 1 qol vurub.

Heybət

Фенербахче стремится подписать чемпиона мира и обладателя кубка ЛЧ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm