İdman
Alonso "Real"ın tarixinə anti-rekordla düşdü
Ötən gün “Real”dan ayrılan Xabi Alonso komandanın baş məşqçisi kimi son 16 ildə 30-dan çox oyun keçirib heç bir titul qazana bilməyən ilk mütəxəssis olub.
Publika.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.
Sonuncu dəfə belə bir göstərici 2009/10 mövsümündə Manuil Pelleqriniyə məxsus idi. Çilili mütəxəssis həmin mövsümü titulsuz başa vurmuşdu.
Alonso 2025-ci ilin yayından etibarən “kral klubu”na rəhbərlik edirdi. Tərəflər arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. İspan mütəxəssisin “Real”dakı son oyunu İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesablı məğlubiyyət olub.
44 yaşlı çalışdırıcının rəhbərliyi altında “Los Blankos” ümumilikdə 34 oyun keçirib. Bu görüşlərin 24-də qalib gəlib, 6-da məğlub olub, 4 oyun isə heç-heçə ilə yekunlaşıb.
Madrid “Real”ının yeni baş məşqçisi isə Alvaro Arbeloa olub.
Heybət
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu











.jpg)
























