İdman
Bellinqem sükutu pozdu: Alonso ilə arasında problem olub?
“Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem Madrid klubunun sabiq baş məşqçisi Xabi Alonso ilə mümkün münaqişə barədə yayılan şaiyələrə münasibət bildirib.
Publika.az xəbər verir ki, ingilis futbolçu iddiaları təkzib edib. O, bu mövzuya şəxsi tətbiqində münasibət bildirib.
“İndiyə qədər bu cür məsələlərin çoxunun yanından səssiz keçməyə icazə verirdim və həmişə ümid edirdim ki, həqiqət zamanla üzə çıxacaq. Amma açığını desəm, bu cəfəngiyatdır. Bu klounların və onların guya "mənbələrinin" hər sözündən yapışan insanlar üçün doğrudan da heyfslənirəm. Oxuduğunuz hər şeyə inanmayın. Vaxtaşırı bu cür zərərli dezinformasiyanı klik və süni qalmaqal yaratmaq naminə yayan şəxslər məsuliyyətə cəlb olunmalıdır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, ESPN və "The Athletic" Cud Bellinqemin Federiko Valverde və Vinisius Juniorla birlikdə Xabi Alonsonun ideyalarına ən az inanan futbolçular arasında olduğunu və buna görə problem yaşadıqlarını iddia etmişdi.
Xatırladaq ki, ispaniyalı mütəxəssis İspaniya Superkubokunun finalında məğlubiyyətdən sonra Madrid “Real”ından uzaqlaşdırılıb. “Kral klubu”nun yeni baş məşqçisi isə Alonsonun yaxın dostu Alvaro Arbeloa olub. O, bu təyinata qədər komandanın əvəzedici heyətinə rəhbərlik edirdi.
Heybət
-
Nida Xəbər 15:21“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərin icrası ilə bağlı sərəncam
-
Magazin115:00Elit Star Cəmiləyə Dubayda bahalı ev və qızıl dəsti hədiyyə etdilər
-
İqtisadi gündəm14:16Azərbaycanda bahalaşan məhsulların siyahısı açıqlandı
-
Sosial13:24Elnarə Rzayeva amnistiyaya düşdü
-
Region12:06Azərbaycanlı futbolçu və həyat yoldaşı İrandakı etiraz aksiyasında öldü - FOTO
-
Qoroskop12:00İlin ən şanslı bürcləri: Növbəti bir neçə ay ərzində...
-
Nida Xəbər 11:21"Referans Pharmaceuticals"ın dövlət qurumları ilə dərman biznesi - ARAŞDIRMA
-
Sosial11:00Bu şəxslər üçün ayrılmış sosial yardımlar dayandırılır - RƏSMİ















.jpg)





















