Sosial
MN və Ombudsman Aparatı birgə tədbirlər planı imzaladı
Azərbaycan Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı arasında “Ombudsman institutunun fəaliyyəti və hərbi qulluqçuların hüquqlarının qorunması istiqamətində görülən işlər” mövzusunda, həmçinin insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması məqsədilə 2026-cı il üzrə birgə tədbirlər planı imzalanıb.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Sənədə əsasən, cari il ərzində həyata keçirilməsi planlaşdırılan tədbirlərin keçiriləcəyi tarixlər, məkanlar və məsul şəxslər müəyyən edilib.
Plan çərçivəsində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif tədbirlər təşkil olunacaq.
Tədbirlər zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi və insan hüquqlarının təmin olunması vəziyyəti ilə bağlı görüşlər keçiriləcək, müxtəlif mövzularda məruzələr təqdim ediləcək və şəxsi heyəti maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılacaq.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu


































