Sosial
Bu şəxslər üçün ayrılmış sosial yardımlar dayandırılır - RƏSMİ
Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsinin 3 ili başa çatan vətəndaşların məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müdafiə tədbirlərindən istifadəsi dayandırılır.
Publika.az xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Bildirilib ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanununun 3-cü maddəsinə uyğun olaraq, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tətbiq edilən güzəştlər və imtiyazlar qanunvericiliklə müəyyən edilmiş müddətdə qüvvədədir.
"Qanuna əsasən, məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən üç il müddətində tətbiq olunur", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Ağalı kəndinə 2022-ci il iyulun 19-dan etibarən Ağalı kəndinə mərhələlərlə köç başlayıb.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu



































