İdman
Azərbaycanda oynamış futbolçu biznesə başladı: Ulduz qardaşı ilə şərikdir - FOTOLAR
“Şamaxı” klubunun sabiq hücumçusu Conatan Benteke futbolçu karyerasını başa vurduqdan sonra həyatında köklü dəyişiklik edib.
Publika.az xəbər verir ki, o, 2025-ci ildə 30 yaşında karyerasını Azərbaycanda başa vurduqdan sonra biznes sahəsində yeni yol seçib. O, şəxsi şirniyyat mağazasını açıb.
Belçikalı sabiq forvard “Kristal Pelas”dakı çıxışı ilə tanınırdı. O, 2016-cı ildə İngiltərə Premyer Liqasında yeganə matçına çıxıb və həmin görüşdə ulduz qardaşı Kristian Bentekenin əvəzinə meydana daxil olub. Conatan Benteke məhz bu epizodu futbol karyerasının ən yaddaqalan anlarından biri kimi xatırlayır.
Bundan başqa, o, “Oldem Atletik” klubunda Liqa 1 və Liqa 2-də çıxış edib. Bentekenin futbol yolu Azərbaycandan savayı Belçika, Kipr, Almaniya, ABŞ, və Lüksemburqu əhatə edib. O, ötən il karyerasını rəsmən başa vurub.

Futboldan sonra Conatan Benteke qardaşı ilə birlikdə biznesə investisiya qoymaq qərarına gəlib və Belçikanın “Dreams Donuts” şirkətinin françayzinq hüquqlarını alaraq brendin ilk mağazasını Lüksemburqda açıb.
“Dreams Donuts”u təsadüfən seçmədim. Artıq formalaşmış deyil, hələ inkişafda olan və perspektiv vəd edən layihəyə daxil olmaq istəyirdim”, – deyə Benteke bildirib.
Yeni məkanda yalnız ponçik, smuzi, qəhvə, çay, hot-doq və dondurma da satılır. Sabiq futbolçunun sözlərinə görə, həyatının bu yeni mərhələsindən məmnunluq və sabitlik hiss edir.
Qeyd edək ki, Conatanın qardaşı Kristian Benteke hələ də karyerasını davam etdirir. O, "Liverpul", "Aston Villa" və "Kristal Pelas"dakı çıxışları ilə tanınır. Kristian Belçika millisinin də üzvü olub. O, 45 oyunda 18 qol vurub.
Heybət



-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu











.jpg)
























