Sosial
Elnarə Rzayeva amnistiyaya düşdü
Bakıda fəaliyyət göstərən “Dr.Elnara” MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktı tətbiq edilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinin hökmündə qeyd olunub.
Hökmə əsasən, kosmetoloq Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib və ona aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində vəsait tutulmaqla islah işləri cəzasına məhkum edilib.
Prezident tərəfindən irəli sürülmüş təşəbbüsü Milli Məclisin "Konstitusiya və Suverenlik İli” münasibətilə 19.12.2025-ci il tarixli amnistiya qərarı E.Rzayevaya şamil olunub. O, cəzadan azad olunub.
Qeyd edək ki, ötən il Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı məhkəməyə veriblər. Nərimanov Rayon Məhkəməsi kosmetoloq barəsində ekspertiza təyin etmişdi.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu


































