İdman
23 dollarlıq soyğuna görə həbs edilən tanınmış oyunçunun aqibəti necə oldu?
Keçmiş NBA oyunçusu Delonte Uest girov qarşılığında həbsdən azad edilib və ixtisaslaşmış müalicə müəssisəsinə yerləşdirilib.
Publika.az xəbər verir ki, bu, onun ötən ay ABŞ-ın Virciniya ştatında soyğunçuluq ittihamı ilə həbs olunmasından sonra baş verib. Bu barədə “TMZ Sports” məlumat yayıb.
Polis Riçmond şosesində, Bel-Heyven ərazisində baş verən hücumla bağlı çağırış alıb. Zərərçəkən onun soyulduğunu bildirib və yolun qarşı tərəfində olan bir kişini göstərib. Həmin şəxs 42 yaşlı Delonte Uest olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, keçmiş basketbolçu zərərçəkəndən təxminən 23 dollar alıb. O, müqavimət göstərmədən saxlanılıb və 1000 dollar məbləğində girov təyin edilib.
Uestin vəkili Brendon Sloan təsdiqləyib ki, hazırda Delonte müalicə mərkəzindədir.
“Delonte ilə qürur duyuram, çünki o, bu prosesi kömək almaq üçün istifadə etdi. Hamımız onun gələcək irəliləyişinə ümid edirik”, – deyə hüquqşünas bildirib və əlavə edib ki, işin detalları ilk baxışdan göründüyündən daha mürəkkəbdir.
Bu, keçmiş basketbolçunun son vaxtlar yaşadığı ilk insident deyil. Bu ilin noyabrında Uest güclü alkoqol təsiri altında ictimai məkanda olmasına görə həbs edilib, polis onu huşsuz vəziyyətdə tapıb. 2024-cü ildə isə iki dəfə saxlanılıb: iyun ayında azadlığa buraxılma şərtlərini pozduğuna görə, noyabrda isə qanunsuz daxil olma səbəbi ilə.
NBA-da Delonte Uest “Boston Seltiks”, “Sietl Supersoniks”, “Klivlend Kavalyers” və “Dallas Maveriks” klublarında çıxış edib.
The New York Post-un məlumatına görə, 2008-ci ildə Delonte Uestə bipolyar pozuntu diaqnozu qoyulub. O, narkotik asılılığı və evsizliklə mübarizə aparıb. 2020-ci ildə isə Dallas Maveriks klubunun sahibi Mark Kyuban, Uestin Texasda dilənərkən çəkilmiş videosu viral olduqdan sonra ona kömək etməyə çalışıb.
-
İdman10:48Tarixin ən sadiq futbolçuları: Siyahıda Tale Heydərovun sabiq müşaviri də var
-
Maraq dünyası09:48Zəngin olacaq 3 bürc
-
MDB09:06Daha bir məktəbdə insident: Şagird müəllimə bıçaqla hücum etdi
-
Hadisə08:24Bakıda ev çökdü: Xəsarət alan var - Video
-
Sosial07:15Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
-
İnanc06:46Həcc ziyarəti ilə bağlı vacib açıqlama
-
Cənubi Qafqaz05:15Paşinyanın daha bir videosu olay oldu
-
Magazin203:44Keremcem də bu seriala çəkilir - Foto












.jpg)























