ABŞ
Pakistanlı ən nüfuzlu mükafat qazandı: 10 ilə yazdığı kitab sensasiya yaratdı
Pakistan əsilli amerikalı yazıçı Maxrin Soxail 2026-cı il üçün ABŞ-ın nüfuzlu "PEN/Faulkner Award for Fiction" mükafatının qalibi olub.
Publika.az xəbər verir ki, bu barədə mükafatın rəsmi saytında məlumat yayılıb. Yazıçı bu mükafata debüt hekayələr toplusu olan “Small Scale Sinners” (“Kiçik miqyaslı günahkarlar”) əsərinə görə layiq görülüb.
Münsiflər heyətinin sədri Loren Frensis-Şarma kitabın “kəskin və təsirli üslubu” ilə seçildiyini bildirib. Onun sözlərinə görə, əsər kiçik həcmli olsa da, insan təbiətinin bütün çalarlarını - istək, qəzəb, sevgi və itkiləri dolğun şəkildə əhatə edir.
Qeyd edək ki, müsabiqə çərçivəsində 2025-ci ildə ABŞ müəllifləri tərəfindən nəşr olunan 387 əsər nəzərdən keçirilib. Müraciətlər 155 nəşriyyatdan daxil olub.
Maxrin Soxail Pakistan əsillidir və hazırda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayır. Yazıçı bildirib ki, kitab üzərində təxminən 10 il çalışıb. Onun sözlərinə görə, əsərdə müasir dünyada qadınların müstəqillik yolları araşdırılıb.
Qeyd edək ki, mükafatın qalibi 15 min dollar pul mükafatı alacaq. Digər finalçılara isə 5 min dollar təqdim ediləcək.
Məlumata görə, mükafatlandırma mərasimi mayın 6-da Vaşinqtondakı Martin Lüter Kinq kitabxanasında keçiriləcək.
PEN/Faulkner mükafatı ABŞ-da ən prestijli ədəbi mükafatlardan biri hesab olunur. 1980-ci ildə yazıçılar tərəfindən təsis edilən bu mükafat satış göstəricilərindən asılı olmadan təqdim edilir və yalnız ABŞ vətəndaşları bu mükafata layiq görülə bilər.
Müəllif: Adəm
-
Rəsmi xronika17:32Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
