İdman
Azərbaycan Premyer Liqasında 13 ilin rekordu
Azərbaycan Premyer Liqasının 19-cu turunda “İmişli”nin qonağı olan “Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb.
Publika.az PFL-ə istinadən xəbər verir ki, növsümdə ilk dəfə sülhə imza atan (0:0) Gəncə klubu ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmamışdı.
Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də “Neftçi” ilə görüşdə qeydə alınmışdı – 2:2. Sonrakı 21 matçda 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb.
281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudur. Daha uzun heç-heçəsiz seriya sonuncu dəfə 2012-13-cü illərə təsadüf edib. Həmin vaxt “Rəvan” 25 görüşdə "sülh"süz oynayıb.
Qeyd edək ki, çempionatın mütləq rekordu 1996-98-ci illərdə 51 oyunu heç-heçəsiz bitən “Şəfa”ya məxsusdur.
Heybət
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu




































