İdman
MMA döyüşçüsü kondisioner quraşdırarkən öldü
Braziliyada faciəli hadisə baş verib.
Publika.az xəbər verir ki, 31 yaşlı MMA döyüşçüsü Pablo Oliveyra Kosta həyatını itirib.
Bədbəxt hadisə San-Joze şəhərində kondisioner quraşdırılması zamanı baş verib. Məlumata görə, idmançı avadanlığın quraşdırılmasını tamamlayıb və metal nərdivanın yerini dəyişən zaman təsadüfən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə Kosta güclü elektrik cərəyanı zərbəsi alıb.
Şahidlərinin sözlərinə görə, zərbədən sonra o ayağa qalxmağa çalışsa da, qəfil yerə yıxılıb və huşunu itirib. Hadisə yerinə gələn həkimlər onun hələ də həyat əlamətləri göstərdiyini bildiriblər. Döyüşçünün ciddi xəsarətlər, o cümlədən yanıq və toxuma zədələnmələri aldığı müəyyən edilib.
Qısa müddət sonra Kostanın ürəyi dayanıb. Təcili tibbi yardım əməkdaşları 40 dəqiqə ərzində ürək-ağciyər reanimasiyası aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, idmançı rinqdən kənarda yay aylarında kondisioner ustası kimi çalışır, əlavə olaraq müxtəlif işlərdə və mühafizəçi kimi fəaliyyət göstərirdi. O, idmanda muay-tay, MMA və jiu-jitsu üzrə çıxışları ilə tanınırdı.
Heybət
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu




































