Rəşad Sadıqovun yubiley qələbəsi
Bizi izləyin

İdman

Rəşad Sadıqovun yubiley qələbəsi

“Zirə” baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi dövründə 100-cü qələbəsini əldə edib.

Publika.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 20-ci turunda keçirilən “Karvan-Yevlax”la qarşılaşmaya təsadüf edib. Doğma meydanda baş tutan görüşdə 1:0 hesabı ilə qalib gələn “qartallar” mütəxəssisin rəhbərliyi altında çıxdığı 220-ci sınaqda yubiley qələbəsinə sevinib.

Bu qələbələrdən 82-si Premyer Liqa, 14-ü Azərbaycan Kuboku, 4-ü isə avrokubok matçlarında qeydə alınıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm