Nida Təhlil
“Kral çılpaqdır” deyə bilmək – Dünyada müstəqil mətbuat varmı?
Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin erməni diasporunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən Emin Hüseynovun sualına qısa və konkret cavabı diqqət çəkdi. E.Hüseynov konfransda panel müzakirələrindən çıxan Prezident İlham Əliyevdən soruşur:
- Cənab Prezident, müstəqil mətbuatın da suallarına cavab verə bilərsiniz?
Prezident İlham Əliyev qısa şəkildə “Müstəqil mətbuat yoxdur dünyada” cavabını verir.
E.Hüseynovun məqsədi özünü “müstəqil mətbuatın” nümayəndəsi kimi təqdim edərək, illərdir Azərbaycana qarşı icra etdiyi düşmənçiliyini davam etdirməkdir, lakin onun özü belə Prezident İlham Əliyevin cavabını təxmin edə bilməzdi. Azərbaycan lideri açıq şəkildə bəyan etdi ki, “dünyada azad mətbuat yoxdur”.
Dünyada hansısa liderin mətbuatın azad olmadığı faktını dilə gətirməsi gözlənilməz və nadir haldır, çünki bu, “Kral çılpaqdır” deyə bilmək kimi bir şeydir. Azərbaycan Prezidenti bunu cəsarətlə bəyan etdi.
Və Prezidentin “Azad mətbuat yoxdur dünyada” sözləri sonuna qədər reallığa söykənən fikirdir.
Elə özünü “müstəqil mətbuat” kimi təqdim edən Emin Hüseynovun özündən başlayaq. Onun rəhbərlik etdiyi “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” xarici donorlar tərəfindən maliyyələşdirilirdi və əsas missiyası da “söz azadlığı” adı altında Azərbaycanın dövlət maraqlarına qarşı fəaliyyət göstərmək, maliyyə aldığı dairələrin maraqlarını müdafiə etmək olub. Vaxtilə adi fotoqraf olan Hüseynovun “yüksəlişi” də amerikalı Sarah Polsvortla evləndikdən sonra baş verdi. S.Polsvortın xüsusi xidmət orqanlarına bağlılığı haqda məlumatlar mövcuddur. Onun yaxın rəfiqəsi olan “Miledi” ləqəbli kəşfiyyatçı Rebecca Vinsent Eminin donorlar tərəfindən maliyyələşdirilməsinə dəstək verib.
2014-cü ildə Hüseynovun qanuni məsuliyyətdən qaçaraq, İsveçrə səfirliyində gizlənməsinin arxasında da onun maliyyə maxinasiyaları dayanırdı. Hələ o vaxt aparılan istintaq işində E.Hüseynovun RATİ vasitəsilə bir milyon 500 min manatdan çox gəlir əldə etdiyi, 250 min manata yaxın vergidən yayındığı təsdiqlənmişdi. Hüseynov İsveçrəyə köçdükdən sonra da Azərbaycana qarşı düşmən fəaliyyətini erməni diasporu və Soros kimi anti-Azərbaycan qüvvələrin maliyyəsi ilə həyata keçirib. Təkcə E.Hüseynovun fəaliyyəti və bağlı olduğu dairələr dünyada “müstəqil mətbuat”ın olmadığını sübut edir.
“Müstəqil mətbuat” adı əslində xarici dövlətlərin və maraq dairələrinin casusluq fəaliyyətini və “təsir agentləri”ni kamuflyaj etmək üçün istifadə etdikləri yarlıqdır. Dünyada həqiqətən də müstəqil mətbuat yoxdur. Bununla bağlı konkret nümunələr var.
- “Azadlıq” və “Amerikanın səsi” radioları Konqres tərəfindən rəsmi olaraq maliyyələşir. Trampın büdcə qənaəti siyasətindən sonra bu media resursları ciddi maliyyə problemi ilə üzləşib.
- BBC Böyük Britaniya hökumətinin maliyyəsi ilə fəaliyyət göstərir;
- “Reuters” agentliyi Britaniya hökumətindən gizli şəkildə maliyyə dəstəyi alır;
Bu, ən məşhur və “azad media” kimi təqdim olunan informasiya resurslarının bir neçəsidir. Ümumilikdə bütün dünyada media resurslarının maliyyəsi iki mənbəyə söykənir.
Birincisi, mənsub olduqları hökumətlər tərəfindən açıq, yaxud gizli şəkildə verilən maliyyə dəstəyidir;
İkincisi, böyük biznes koorparasiyalarının, şirkətlərin maliyyəsidir.
Bir çox hallarda bu mənbələri gizlətmək üçün media resursları gəlirlərini “reklam” və “ianələr” hesabına olduğunu qeyd etsələr də, reallıqda hökumətlər və şirkətlərin ötürdüyü pullar adətən bu ad altında leqallaşdırılır.
Yazılmamış qaydalar dünyanın istənilən ölkəsində, istənilən media orqanı ilə bağlı eynidir. Media dövlət aparatının icazə verdiyi səddə qədər hərəkət edə və informasiyanı lazım olan formada təqdim edə bilər.
Hazırda dünyanın bəhs etdiyi “Epşteyn sənədləri”nin işıq üzü görməsinin medianın azadlığı faktoru ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Sadəcə olaraq, ABŞ daxilində demokratlarla respublikaçıların siyasi mübarizəsi və qlobal siyasi-biznes elitanın savaşı bu sənədlərin tirajlanmasına zəmin yaratdı. Və media yalnız icazə verilən qədərini işıqlandıra bilir.
“Azad mətbuat” artıq böyük dövlətlərin və güclərin digər ölkələrin ictimai rəyini formalaşdırmaq, informasiya axınını öz maraqlarına uyğun yönəltmək üçün istifadə etdikləri rıçaqdır. Misal üçün, Azərbaycan 44 günlük müharibə zamanı öz torpaqlarını azad edərkən, Emin Hüseynov kimilər erməni diasporu/lobbisinin sifarişi ilə ordumuza qarşı qarayaxma kampaniyasını “müstəqil jurnalist” adı altında aparırdılar. Lakin ABŞ-ın istənilən ölkədə keçirdiyi hərbi əməliyyatla bağlı bu ölkənin media resursları əks təbliğat apara bilməz. Eyni vəziyyət Avropada da mövcuddur, eləcə də Ukraynaya qarşı müharibə aparan Rusiyada da ciddi senzura tətbiq edilib. Bir sözlə, media dünyanın istənilən ölkəsində dövlət maraqlarına və bağlı olduqları dairələrin maraqlarına xidmət edir.
Bütün bunların fonunda “müstəqil mətbuat”dan danışmaq “çılpaq kral”ın libasını tərifləməkdən başqa bir şey deyil.
Asif Nərimanlı
-
Sosial18:30TƏBİB sədrliyinə namizəd göstərilən şəxs infarkt keçirdi
-
Nida Xəbər 17:54Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi
-
Nida Xəbər 17:20Serbiya qırıcıları İlham Əliyevin təyyarəsini belə müşayiət etdi - Video
-
Nida Xəbər 15:18Qadınlar üçün hərbi xidmət 3 ildən 6 ayadək azaldılacaq
-
Dünya15:12İran regional ittifaq qurur: Türkiyəyə və bu iki ölkəyə çağırış etdilər
-
Nida Xəbər 14:43Bu nazirliyə yeni təyinat - FOTO
-
Səhiyyə13:42Vüqar Qurbanov vəzifəsindən azad edildi
-
Rəsmi xronika13:03Əliyev və Vuçiç qeyri-rəsmi səhər yeməyində - FOTO
























.jpg)





.jpg)







