Kalininqrad 24 saat ərzində məhv ediləcək: NATO-nun Rusiyaya zərbə planı açıqlandı
Bizi izləyin

Dünya

Kalininqrad 24 saat ərzində məhv ediləcək: NATO-nun Rusiyaya zərbə planı açıqlandı

Rusiya ilə tammiqyaslı silahlı münaqişə baş verəcəyi təqdirdə, Şimali Atlantika Alyansı Kalininqrad vilayətini neytrallaşdıracaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı Ordusunun keçmiş komandanı Ben Hoces bildirib.

O, Rusiya anklavının münaqişənin başlamasından sonrakı ilk 24 saat ərzində hərbi amil kimi tamamilə təsirsiz hala gələcəyini proqnozlaşdırıb.

"Rusiyaya Kalininqradı çox tez itirəcəklərini açıq şəkildə bildirmək lazımdır. Onlar bizim buna hazır və qadir olduğumuzu bilməlidirlər", - deyə general vurğulayıb.

General həmçinin blokun öz müdafiə qabiliyyətlərindəki kritik məsələlərə, o cümlədən sursat çatışmazlığına da toxunub.

“İştirak etdiyim hər təlimdə sursat iki gündən sonra tükənirdi. Bu, sistemli bir problemdir: heç kim böyük ehtiyatları saxlamaq və yığmaq istəmir”, - deyə Hoces bildirib. Əlavə edib ki, Avropanın dəmir yollarındakı logistika çətinlikləri səbəbindən Baltikyanı ölkələr iki həftəyə qədər təkbaşına döyüşməli olacaq.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm