Bu 3 ölkə Qəzzaya qoşun göndərəcək - İsrail açıqladı
Bizi izləyin

Dünya

Bu 3 ölkə Qəzzaya qoşun göndərəcək - İsrail açıqladı

Mərakeş ABŞ prezidenti Trampın Qəzza planı çərçivəsində yaradılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) bir hissəsi olaraq Qəzzaya qoşun yeritməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.

Bildirilib ki, Mərakeşdən əlavə, Yunanıstan və Albaniya da ISF çərçivəsində Qəzzaya qoşun göndərmək üçün ABŞ rəsmiləri ilə yüksək səviyyəli danışıqlar aparır.

Həmçinin qeyd olunub ki, atəşkəs razılaşmasını izləmək üçün İsrailin cənubundakı Kiryat Gatda yaradılmış ABŞ hərbi bazasının nümayəndələri Qəzza zolağının cənubunda yeni ISF bazasının tikintisi ilə bağlı İsrail ordusu ilə əlaqə saxlayırlar.

ISF daxilində müxtəlif ölkələrin ordularının nümayəndələrinin yerləşəcəyi bazanın tikintisi üzrə işlərə isə ayın sonunda başlanacaq.

Qeyd edək ki, bu yaxınlarda ABŞ Prezidenti Tramp Qəzza Sülh Komitəsinin üzv ölkələrinin Qəzzanın yenidən qurulması üçün 5 milyard dollar yardım ayırdığını açıqlayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm