Azərbaycan Premyer Liqası: 21-ci tur başlayır
Bizi izləyin

İdman

Azərbaycan Premyer Liqası: 21-ci tur başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk gündə 2 oyun keçiriləcək.

Əvvəlcə “Turan Tovuz” “Zirə” ilə qarşılaşacaq. Daha sonra “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək.

Bu turun “Neftçi” – “Qarabağ” matçı təxirə salınıb. “Karvan” – “Araz-Naxçıvan” matçı 21 fevralda, “İmişli” – “Şamaxı” və “Sabah” – “Kəpəz” oyunları 22 fevralda keçiriləcək.

Azərbaycan Premyer Liqası, 21-ci tur
20 fevral

17:00 Turan Tovuz – Zirə
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov.
“Azersun Arena”.

19:30 Sumqayıt – Qəbələ
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm