Dünya
Hakan Fidandan vacib açıqlama: Qüvvələrimiz bölgəyə girməyə hazırdır
Vaşinqtonda keçirilən Qəzza Sülh Şurasının iclasında iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan cari hadisələrlə bağlı açıqlamalar verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fidan Türkiyənin Qəzzanın yenidən qurulması və təhlükəsizliyi üçün bütün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib.
"Humanitar yardım və Qəzzanın idarə olunması kimi bütün bu sahələrdə hər cür töhfə verməyə hazırıq. Tərəflər razılığa gələrsə, prezidentimizin Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə (ISF) əsgər göndərmək planı da var”, - o qeyd edib.
Türkiyənin bölgə üçün humanitar yardım layihələrinə toxunan Fidan, ilk mərhələdə 20 min konteyner göndərməyi planlaşdırdıqlarını vurğulayıb.
O, həmçinin Qəzzada təhlükəsizliyi təmin etmək üçün yerli polis qüvvəsinin yaradılacağını və onların təlimlərinə dəstək olacaqlarını bildirib.
Fidan, prosesin heç bir hərbi əməliyyata ehtiyac olmadan danışıqlar yolu ilə həll olunacağına ümid etdiklərini və tərəflər arasında danışıqlarda müsbət siqnalların olduğunu qeyd edib.
Roza
-
Dünya11:42Qlobal maliyyə, rəqəmsal valyutalar və Kreml: Epşteyn Putinlə nə planlaşdırırdı?
-
İdman11:00Ulduz futbolçu təsdiqlədi: Özündən 7 yaş böyük xanım reperlə eşq yaşayır - FOTOLAR
-
Sosial10:03Bakı metrosunda daha bir PROBLEM - Sərnişinlər təcili düşürüldü
-
Ekopublika.az09:36Şuşanın “İskəndər”lə vurulduğunu gözlərimlə gördüm - Kerobyandan etiraf
-
Region08:48Türkiyə səhər saatlarında silkələndi
-
Magazin108:24"Kasıb yaşayacağamsa, nə edirəm sevgini?"
-
Cənubi Qafqaz08:12Fransa prezidenti Ermənistana gəlir
-
Avropa08:00Makron Meloniyə qəzəbləndi - “Şərh bildirməyi dayandır”


























.jpg)








