İran və Rusiya ABŞ-a qarşı: Hərbi təlim keçirdilər
Bizi izləyin

Dünya

İran və Rusiya ABŞ-a qarşı: Hərbi təlim keçirdilər

İran 19 fevralda Oman körfəzində və Hind okeanının şimalında Rusiya ilə birgə dəniz təlimləri keçirib.

Publika.az xəbər verir ki, bu barədə "The Hill" qəzeti məlumat yayıb.

"Rusiya dənizçiləri "əməliyyat koordinasiyasını təkmilləşdirmək və hərbi təcrübə mübadiləsi aparmaq" məqsədi ilə Oman körfəzində və Hind okeanında İran qüvvələri ilə təlimlər keçiriblər", - deyə məlumatda qeyd olunub.

İran Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Həsən Məqsudlu bildirib ki, təlimlər təhlükəsizliyi gücləndirmək və ölkələr arasında davamlı dəniz əməkdaşlığını inkişaf etdirmək məqsədi daşıyırdı.

Həmçinin, Rusiya tərəfi ilə birgə manevrlərə başlamazdan əvvəl İranın ayrıca təlimlər keçirdiyi və bu təlimlər zamanı Hörmüz boğazı istiqamətində beş raket atıldığı bildirilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl İrana ABŞ ilə razılığa gəlmək üçün maksimum 15 gün vaxt verdiyini bildirib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm