İngilislər hakimi haqsız çıxardı: "Qarabağ"ın qapısına penalti təyin olunması yanlış idi
Bizi izləyin

İdman

İngilislər hakimi haqsız çıxardı: "Qarabağ"ın qapısına penalti təyin olunması yanlış idi

Keçmiş FİFA referisi və İngiltərə Peşəkar Hakimlər Assosiasiyasının (PGMOL) sabiq rəhbəri Kit Hekett hesab edir ki, "Nyukasl"a "Qarabağ"la oyunda verilən ilk penalti düzgün qərar olmayıb.

Publika.az xəbər verir ki, o, "Football Insider" nəşrinə açıqlamasında qeyd edib ki, "sağsağanlar"ın hücumçusu Harvi Barnsın zərbəsi zamanı top "Qarabağ"ın müdafiəçisi Mateus Silvanın cərimə meydançasında yıxılarkən yerə dayaq üçün istifadə etdiyi qoluna dəyib. İFAB qaydalarına əsasən futbolçunun yıxılmasını yumşaltmaq üçün istifadə etdiyi dayağ qoluna topun dəyməsi qayda pozuntusu sayılmır. Kit Hekett hakimin qərarını açıq şəkildə səhv adlandırıb:

"Qaydalar açıq şəkildə göstərir ki, bu epizodda penalti təyin olunması yanlış qərar idi".

Məhz bundan sonra Entoni Qordon 32-ci dəqiqədə bu mübahisəli penalti zərbəsini qola çevirərək komandasının üçüncü qolunu vurub.

Qeyd edək ki, Bakıdakı qarşılaşma "Nyukasl"ın 6:1 hesablı qələbəsi ilə başa çatıb. İngiltərə klubu bu nəticə ilə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlmək yolunda böyük üstünlük qazanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm