İdman
Samirdən Mourinyoya: Belə danışa bilməzsən
“Arsenal” və “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Samir Nəsri Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra “Real Madrid”in hücumçusu Vinisius Junioru dəstəkləyib.
Publika.az xəbər verir ki, Samir “Benfika”nın baş məşqçisi Joze Mourinyonu tənqid edib.
Oyunçunu 90 dəqiqə ərzində fitə basdılar və o, qol vurmaq istəyir… Özü də görün buna kim irad bildirir ey, Mourinyo.
Mourinyo “İnter”lə Çempionlar Liqasında “Barselona”nı məğlub edərək növbəti mərhələyə yüksələndə o, Kataloniya stadionunda bir dövrə qaçdı.
“Mançester Yunayted”də olanda özünü Tyerri Anri kimi hiss edərək dizləri üstə 20 metr sürüşürdü. Bunu deməyə haqqınız yoxdur”, – Nəsri “Canal+”da deyib.
Mourinyo qol vurduqdan sonra rəqs etdiyi üçün Vinisiusa irad bildirmişdi. O iddia etmişdi ki, bu hərəkət “Benfika” azarkeşlərini qəzəbləndirib.
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu




































