DÇ-2026 təhlükədə: Meksika ev sahibliyindən məhrum ediləcək?
Bizi izləyin

İdman

DÇ-2026 təhlükədə: Meksika ev sahibliyindən məhrum ediləcək?

Meksikada narkotik kartelinin lideri , "El Menço" ləqəbli Nemesio Osequera Servantesin öldürülməsindən sonra baş verən zorakılıq dalğası, ölkənin 2026-cı il Dünya Kubokuna ev sahibliyi edib-etməyəcəyinə şübhə yaradıb.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

FİFA Qvadalaxaranın ev sahibi statusunun ləğvini açıq şəkildə açıqlamayıb, lakin mənbələr İspaniya nəşrinə bildiriblər ki, bu miqyaslı qlobal idman tədbiri üçün təhlükəsizliyin təmin edilib-edilməyəcəyi ilə bağlı narahatlıqlar var.

Təşkilatçılardan həm Dünya Kuboku matçları, həm də mart ayının sonlarına planlaşdırılan əsas seçmə pley-off matçları üçün təhlükəsizliyi təmin edə biləcəklərini sübut etmələri istənilib.

Qvadalaxara DÇ-2026-da qrup mərhələsinin dörd oyununa ev sahibliyi edəcək. Mart ayında isə Dünya Kuboku qitələrarası pley-off mərhələsinin iki oyunu da bu şəhərdə keçiriləcək.

Rəsmi turnirlərlə yanaşı, Meksika ilə Portuqaliya arasında planlaşdırılan yoldaşlıq oyununun ləğv olunma təhlükəsi var. Vəziyyəti “Estadio Asteka” stadionunun yenidən qurulmasının 28 marta qədər başa çatıb-çatmayacağı ilə bağlı narahatlıqlar daha da mürəkkəbləşdirir.

Narkotik baronu 22 fevral bazar günü Tapalpa şəhərində yaraqlılarla Meksika ordusu arasında gedən döyüş zamanı öldürülüb. Bundan sonra Meksikada iğtişaşlar başlayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm