İdman
Klopp bu kluba heyran qalıb: Ağlasığmaz bir iş bacarırlar
"Liverpul"un sabiq baş məşqçisi, "Red Bull"un futbol fəaliyyətləri şöbəsinin rəhbəri Yurgen Klopp maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, Çempionlar Liqasının sürpriz komandalarından biri olan "Bodo-Qlimt" barədə danışıb. Almaniyalı mütəxəssis hətta komandanı çalışdıran həmkarı Kyeyil Knutsenə heyranlığını ifadə edib:
"Kyetil Knutsen və onun inanılmaz komandası var. Etdikləri şey həqiqətən möhtəşəmdir. Üstəlik, bunları mövsümlərarası fasilə dövründə. ediblər. Norveçdə mövsüm nə vaxt bitib? Noyabrın sonu. İndi isə demək olar ki, mart ayıdır. Yəni nə qədər müddətdir ki, rəqabətli futbol oynamırlar. İnanılmazdır, fantastikdir.
Bir dəfə Knutsenlə əlaqə saxlamağa çalışdım, amma təbii ki, oyun hazırlığının tam mərkəzində idi və vaxtı yox idi. Ona görə onunla görüşə bilmədim. Həqiqətən ağlasığmaz bir iş bacarırlar. Daha çox şey öyrənmək istəyirəm, çünki tam olaraq nə etdiklərini anlamıram. Çox maraqlıdır.
Oynadıqları futbolu başa düşürəm, onsuz da çox yaxşı futbol oynayırlar. Amma bütün layihə özlüyündə inanılmaz dərəcədə maraqlıdır. Belə şeylərin baş verməsi həqiqətən çox gözəldir".
Qeyd edək ki, "Bodo-Qlimt" Çempionlar Liqasından qış fasiləsindən sonra liqa mərhələsində "Mançester Siti"ni (3:1) və "Atletiko Madrid"i (2:1), pley-offda "İnter"i (3:1) məğlub olub. Milan klubu ilə cavab görüşü isə bu gün saat 00:00-da keçiriləcək.
Heybət
-
Sosial13:48Pensiya alanlara şad xəbər: Mart ayında...
-
Nida Xəbər 12:54Bu deputatlara yeni vəzifə verildi - ADLAR
-
Dünya12:24Rusiyanın hücumu başlayanda Bayden Zelenskiyə nə təklif edibmiş? - İlk dəfə açıqladı
-
Nida Xəbər 12:21Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu - SİYAHI
-
Dünya11:36Kardaşyanın heyranı olan “Dodaq kralı” növbəti əməliyyatdan sağ çıxmadı
-
ABŞ10:48Trampdan İrana son xəbərdarlıq: Tehran dağılacaq
-
Dünya10:12Moskvada polisə hücum: Ölənlər və yaralananlar var
-
Dünya09:48Avropa Rusiya ilə müharibə edəcək: ABŞ izləyəcək





















.jpg)

















