İdman
"Milan"da gərginlik: İbrahimoviçlə arası pisləşib
"Milan"ın baş məşqçisi Massimiliano Alleqri cari mövsümün sonunda komandadan ayrılmaq variantını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "Goal.com" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, mütəxəssisin klubdakı vəziyyətdən narazılığı getdikcə artır. Bu narazılıq transfer siyasəti və rəhbərlikdəki xaosla bağlıdır. “Milan”ın əsas menecerləri Cyorcyo Furlani və Zlatan İbrahimoviç ilə münasibətlər son bir neçə ayda ciddi şəkildə pisləşib.
Buna baxmayaraq, Alleqri mövsümün sonuna qədər komandada qalmaq və rəhbərlik tərəfindən qarşıya qoyulan əsas məqsədi – Çempionlar Liqasına vəsiqə qazanmağı yerinə yetirmək niyyətindədir.
58 yaşlı italiyalı mütəxəssis 2025-ci ilin may ayının sonundan etibarən “Milan”a rəhbərlik edir. Hazırda onun komandası A Seriyasında turnir cədvəlində ikinci yeri tutur və lider "İnter"dən 10 xal geri qalır.
Heybət
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın



































