İdman
Belçikalı futbolçu Azərbaycan klubundan FİFA-ya şikayət etdi
“Araz-Naxçıvan”dan anlaşılmaz şəkildə ayrılan belçikalı Əyyub Allaş qalmaqallı açıqlamalar verib.
Publika.az xəbər verir ki, zədə üzündən heyətdən kənarda qalan, daha sonra komandadan göndərilən yarımmüdafiəçi şikayət edib. Allaş futbolinfo.az saytına açıqlamasında Naxçıvan klubunda bərbad münasibətlə üzləşdiyini bildirib:
“Araz-Naxçıvan” tərəfindən mənə göstərilən münasibətə görə dərin təəssüf hissi keçirirəm. Maaşım tam ödənilmədi, uçuş xərclərimi özüm qarşıladım və olduqca yüksək tibbi xərcləri, o cümlədən əməliyyatı da özüm ödəməli oldum. Halbuki bu, heç vaxt belə olmamalıdır. Zədələndikdən sonra heyətdən kənarlaşdırıldım. Sağaldıqdan sonra isə peşəkar müqaviləm olmasına baxmayaraq, komandaya yenidən qoşulmaq üçün pul ödəməli olduğum bildirildi. Daha da qəribəsi odur ki, bəzən sadəcə yemək üçün mənə kiçik məbləğdə nağd pul verilirdi. Bu isə tamamilə anormal bir haldır”.
Əyyub haqqını qorumaq üçün addımlar atıb: “Bütün bunlar çox üzücüdür, xüsusilə də Azərbaycanı öz evim kimi hiss etdiyim və AFFA-ya, eləcə də ölkəyə güvəndiyim bir vaxtda. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq”.
Allaş FIFA-ya şikayət etdiyini də sözlərinə əlavə edib: “Ali futbol qurumuna şikayət etmişəm. FIFA-nın operativ şəkildə addım atacağına inanıram ki, mən də yoluma davam edə bilim və nəhayət haqqım olanı alım”.
Yarımmüdafiəçi ev dustaqlığına məhkum edilən klubun sahibi Zaur Axundovla danışmadığını da deyib: “Düşünürəm ki, onun mənim problemimdən xəbəri yoxdur. Axundovun rəhbərliyi altında işləyən insanlar bunları edirlər”.
-
Dünya16:54İran hava məkanını bağladı - Azərbaycanla sərhəddə və...
-
Nida Xəbər 15:52Zakir Həsənov polkovnikin vəzifəsini dəyişdirdi
-
İdman15:16Xanım jurnalist "Qarabağ"ın oyununda niyə ayaqyalın olub? - Foto
-
Magazin114:40Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
-
Nida Xəbər 13:14Ramiz Mehdiyevlə bağlı iclas: Alimlər hamısı yatır - FOTO
-
İqtisadi gündəm12:42Şad xəbər: Azərbaycanda minimum əməkhaqqı artırılacaq
-
Dünya12:12Ukrayna Rusiyanın bu obyektini vurub, bəs ABŞ niyə nota verib? - Sensasion fakt açıqlandı
-
Nida Xəbər 11:43Baş nazir ona yüksək vəzifə verdi - FOTO


































.jpg)


