İdman
Azarkeş öldü, oyun yarımçıq qaldı
İspaniya Sequndasının 28-ci turu çərçivəsində keçirilən "Sportinq Xixon" - "Leqanes" oyunu zamanı azarkeş vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Xixon klubunun mətbuat xidməti məlumat yayıb.
Görüş birinci hissənin əvvəlində dayandırılıb. Həyatını itirən azarkeşin 82 yaşı olub. Hadisədən sonra matç bərpa olunmayıb. Oyunun yeni tarixi və vaxtı daha sonra açıqlanacaq.
Klubun yaydığı bəyanatda bildirilib ki, vəfat edən şəxs 40 il ərzində komandanın oyunlarına abunəçi olub:
"Bu gün hamımız dərin kədər hissi keçiririk. O, rahat uyusun. Düşüncələrimiz onun ailəsi və yaxınları ilədir. "Sportinq" klubu bu gün stadionda çalışan bütün tibbi və təhlükəsizlik əməkdaşlarına, həmçinin matç boyu nümunəvi davranış göstərən həm öz, həm də "Leqanes" azarkeşlərinə təşəkkür edir".
Heybət
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər



























.png)


.jpg)




