İdman
Mövsümün rekordu qırıldı
Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qarabağ” - “Sabah” matçında (3:3) mövsümün yeni azarkeş rekordu qeydə alınıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü tribunalardan 10361 tamaşaçı izləyib. Bu da mövsümün ən yaxşı nəticəsidir.
Buna qədər mövsümün azarkeş rekordu 12-ci turun “Sumqayıt” - “Qarabağ” (2:4) matçında qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşü 9100 azarkeş tribunalardan izləyib.
"Qarabağ" – "Sabah" görüşündəki göstərici təkcə cari deyil, son 8 mövsümün rekordudur. Daha çox tamaşaçıya sonuncu dəfə 2017/2018 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilən 11-ci turun "Kəpəz" - "Qarabağ" qarşılaşmasında (0:2) 13 300 azarkeş qeydə alınıb.
Heybət
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər



























.png)


.jpg)




