İdman
Zidandan hər kəsi təəccübləndirəcək açıqlama: Mən top-5-də deyiləm
Əfsanəvi fransız futbolçu və məşqçi Zinəddin Zidan maraqlı etiraf edib.
Publika.az xəbər verir ki, o, özünü futbol tarixinin ən yaxşı oyunçularından biri hesab etmədiyini bildirib:
"Mən həmişə ən yaxşı olmaq istəyirdim və bunun üçün çalışdım. Heç vaxt ambisiyam çatışmadı. Amma mənim kimi oyunçu heç vaxt ən yaxşı olmadı, sadəcə bu qədər. Hətta top-5-də də deyiləm. Bəlkə də 20-likdə ola bilərəm".
Qeyd edək ki, Zidan futbolçu karyerası ərzində "Kan", "Bordo", "Yuventus" və "Real"da çıxış edib. Klub karyerasında 12 titul qazanıb. Fransa millisi ilə Avropa və dünya çempionu olub. 3 dəfə dünyada ilin futbolçusu seçilib və bir dəfə "Qızıl top"u qazanıb.
Məşqçi kimi isə yalnız "Real"ı çalışdırıb və 11 kubokun qalibi olub. Komandası ilə ardıcıl 3 dəfə Çempionlar Liqasını qazanıb.
Heybət
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər



























.png)


.jpg)




