İdman
Futbol üstündə dostunu 170 bıçaq zərbəsi ilə öldürdü: Cəza almadı
Moskva sakini eyni mənzildə yaşadığı əlil dostunu futbol mübahisəsinə görə balta və bıçaqla amansızcasına qətlə yetirib.
Publika.az xəbər verir ki, bu barədə MK məlumat yayıb.
Hadisə paytaxtın Malaya Çerkizovskaya küçəsində yerləşən mənzildə baş verib. Bildirilir ki, 63 yaşlı İqor (adlar şərtidir) və əlil arabasına məhkum 64 yaşlı Aleksey 2019-cu ildən birlikdə yaşayıblar. Onlar küçədə tanış olmuş, hər ikisi spirtli içkilərə aludəçi olub. İşsiz olan İqor Alekseyin pensiyası hesabına yaşayır, ona qulluq edir və ərzaq alıb. Qonşular onların tez-tez mübahisə etdiyini, mənzildən pis qoxular gəldiyini və antisanitar vəziyyətin hökm sürdüyünü bildiriblər.
2025-ci ilin sentyabrında binada kəskin qoxu hiss olunmağa başlayıb. Kommunal xidmət əməkdaşı mənzilə daxil olarkən Alekseyin artıq bir neçə gün əvvəl öldüyünü aşkarlayıb. Onun bədənində çoxsaylı ağır xəsarətlər qeydə alınıb.
İstintaq zamanı məlum olub ki, hadisə futbol matçına baxarkən baş verib. İqor "Spartak" klubunun, Aleksey isə "Dinamo"nun azarkeşi olub. Mübahisə zamanı İqor əvvəlcə dostunu döyüb, daha sonra balta ilə baş nahiyəsinə zərbə endirib və bıçaqla çoxsaylı xəsarətlər yetirib. O, həmçinin ütü ilə qurbanın bədənini yandırıb. Məhkəmə-tibbi ekspertizası bəzi xəsarətlərin ölümündən sonra da yetirildiyini müəyyən edib.
Şübhəli saxlanılarkən müqavimət göstərməyib, lakin qeyri-adekvat davranış sərgiləyib. Onun qızı bildirib ki, atası uzun illər alkoqol asılılığından əziyyət çəkib, psixoloji problemləri olub və son illərdə səhhəti ciddi şəkildə pisləşib.
Psixiatrik ekspertizanın nəticəsinə görə, İqor xroniki alkoqol intoksikasiyası fonunda inkişaf etmiş psixi xəstəlikdən əziyyət çəkir və cinayəti törədərkən öz hərəkətlərinə görə məsuliyyət daşıya bilməyib. Məhkəmə onu cinayət məsuliyyətindən azad edərək məcburi psixiatrik müalicəyə göndərib.
Heybət
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər



























.png)


.jpg)




