İdman
"Barselona" yeni ulduz hücumçu axtarışında: Siyahıda görün kimlər var
"Barselona" yay transfer pəncərəsində yeni hücumçu axtarışını davam etdirir.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Kataloniya klubu mövsümün sonunda müqaviləsi bitəcək yaşlı hücumçu Robert Levandovski ilə yolları ayırmağı planlaşdırır. Komandada Ferran Torres olsa da, onun məhsuldarlığı klub rəhbərliyini tam qane etmir və "Barselona" daha çox qol vuran klassik mərkəz hücumçusu transfer etmək istəyir.
Klubun əsas hədəfləri "Bayern"dən Harri Keyn və "Atletiko"dan Yulian Alvares hesab olunur. Lakin maliyyə baxımından bu transferlərin həyata keçirilməsi çətin görünür.
Buna görə "Barselona" alternativ variantları da nəzərdən keçirir. Siyahıda "Qalatasaray"ın Viktor Osimhen və "Mançester Siti"nin universal futbolçusu Omar Marmuş da yer alır.
Osimhen bu mövsüm Türkiyə Superliqasında və UEFA Çempionlar Liqası turnirində yüksək formada çıxış edir. O, 25 oyunda 17 qol vurub və 6 məhsuldar ötürmə edib. Marmuş isə zədələr, Afrika Millətlər Kubokundakı iştirak və az oyun şansı səbəbindən ötən mövsümdəki kimi təsirli performans göstərə bilməyib.
Heybət
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video


























.png)


.jpg)



