İdman
Məşhur məşqçi cəzalandırıldı: Günahını etiraf etsə də...
"Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner 6 ay müddətinə avtomobil idarə etmək hüququndan məhrum edilib.
Publika.az xəbər verir ki, bu barədə "Evening Standard" məlumat yayıb.
Bildirilir ki, 51 yaşlı avstriyalı mütəxəssis ötən ilin iyul ayında Old Kent Road ərazisində sürət həddini aşıb. O, BMW markalı avtomobili ilə saatda 29 mil sürətlə hərəkət edərkən sürət kamerası tərəfindən qeydə alınıb. Həmin ərazidə icazə verilən maksimal sürət isə 20 mil/saatdır.
Məhkəmə sənədlərinə əsasən, Qlasner günahını etiraf edərək məhkəməyə yazılı müraciət göndərib. Əlyazma məktubunda o, qanunu bir daha pozmayacağına söz verib və hərəkətlərinə görə tam məsuliyyəti üzərinə götürüb.
Bundan əlavə, Qlasner 660 funt sterlinq məbləğində cərimə ödəməli, həmçinin məhkəmə xərclərini və əlavə rüsumları qarşılmalıdır.
Qeyd olunur ki, məşqçinin əvvəllər də yol hərəkəti qaydalarını pozması səbəbindən əlavə cərimə xalları avtomatik olaraq 6 aylıq sürücülük qadağasına gətirib çıxarıb.
Heybət
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video


























.png)


.jpg)



