İdman
Ançelotti məcburiyyətdən Neymarı milliyə qaytarır?
Braziliya milli komandasının baş məşqçisi Karlo Ancelotti yaxın gələcəkdə keçiriləcək yoxlama oyunları üçün "Santos"un kapitanı Neymarı yığmaya dəvət edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "UOL Esporte" məlumat yayıb.
Bildirilir ki, italyan mütəxəssis 34 yaşlı ulduz hücumameyilli yarımmüdafiəçiyə şans verə bilər. Lakin əvvəlcə Neymarın 16 martadək keçiriləcək "Santos"un iki oyununda özünü göstərməsi lazımdır.
11 martda "ağ-qaralar" "Mirassol"la qarşılaşacaq, 4 gün sonra isə "Korintians"ı qəbul edəcək. Təcrübəli futbolçunun şansı, ardıcıl oyunlarda yüksək fiziki yükə tab gətirmək qabiliyyətini nümayiş etdirməsindən asılıdır.
Neymarın şansını artıran amil isə millinin itkiləridir. Mümkündür ki, yoxlama oyunları zamanı Estevao bərpa olmayacaq. Bundan başqa, Rodriqo ciddi zədələnib və 10 aya qədər meydanlardan uzaq qalacaq.
Mundial başlamazdan əvvəl braziliyalılar iki yoxlama oyunu keçirəcək. 26 martda Fransa milli komandası və 1 aprel tarixində Xorvatiya milli komandası ilə.
Qeyd edək ki, Neymar milli komandada 128 oyun keçirib (79 qol və 59 məhsuldar ötürmə). Onun yığmada son oyunu Uruqvay milli komandası ilə 2023-cü ilin oktyabrında keçirdiyi matç (0:2 məğlubiyyət) olub.
Heybət
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video


























.png)


.jpg)



