İdman
Üç ildir xərçənglə mübarizə aparırdı - Məşhur qapıçı öldü
Martın 4-də alman qapıçısı Georg Kox 54 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “Fortuna Düsseldorf”un mətbuat xidməti məlumat yayıb.
Kox son illərində xərçənglə mübarizə apardı. Diaqnoz qoyulduqdan sonra həkimlər ona cəmi altı ay ömür verdilər, lakin Georg üç il sağ qala bildi.
Klubun açıqlamasında deyilir: “Keçmiş qapıçımız ağır xəstəlikdən sonra vəfat edib. Bu itki ilə bağlı dərin hüznlə yas tuturuq. Bütün “Fortuna” ailəsi onun ailəsinə, dostlarına və Georq Koxu tanıyan və dəyər verən hər kəsə dərin hüznlə başsağlığı verir və dəstək sözlərini bildirir”.
Kox karyerası ərzində “Fortuna”, PSV, “Kayzerslautern”, “Energie Kottbus”, “Duysburq”, “Dinamo Zaqreb” və “Rapid Vyana” klublarında çıxış edib. O, Almaniya Bundesliqasında 213 oyun keçirib.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video

























.png)


.jpg)



