AFFA "Qarabağ"ı "cərimə yağışı"na tutdu
Bizi izləyin

İdman

AFFA "Qarabağ"ı "cərimə yağışı"na tutdu

AFFA "Qarabağ"ı "cərimə yağışı"na tutdu

AFFA "Qarabağ"ı cərimələyib.

Publika.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

21-ci tur çərçivəsində baş tutan "Qarabağ" - "Sabah" qarşılaşmasında Ağdam klubunun 5 oyunçusu xəbərdarlıq aldığı üçün komanda 700 manat məbləğində cərimələnib.

Bundan əlavə, "Qarabağ"ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub daha 8000 manat cərimə edilib.

Eyni zamanda, "Qarabağ"ın Azərbaycan Kubokunda 1/4 finalın "Şamaxı" ilə cavab görüşünə görə cəza alıb. Oyununun 89-cu dəqiqəsində meydana kənar şəxs daxil olduğuna görə Ağdam klubu 2500 manat cərimələnib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm