İdman
Təcavüzdə ittiham olunan futbolçunu bu cəza gözləyir
İspaniyanın “Elçe” klubunun hücumçusu Rafael Mir seksual və fiziki zorakılıq ittihamı ilə 10 il yarım həbs cəzası ala bilər.
Publika.az xəbər verir ki, bu barədə “Las Provincias” məlumat yayıb.
Futbolçu 2024-cü ilin sentyabrında Valensiya Mülki Qvardiyası tərəfindən saxlanılıb. İttihama görə, Mir evində 21 yaşlı qıza qarşı seksual və fiziki zorakılıq edib. Futbolçu isə seksual zorakılıq ittihamlarını əsassız sayır. O, ifadə verdikdən sonra sərbəst buraxılıb.
Nəşrin məlumatına görə, prokurorluq seksual cinayətə görə 9 il, mənəvi və fiziki zorakılığa görə isə əlavə 18 ay həbs cəzası tələb edir. Bundan başqa, prokurorluq futbolçunun zərərçəkənə 64 min avro məbləğində kompensasiya ödəməsini istəyir.
Bildirilib ki, futbolçunun dostu Pablo Xara da zərərçəkənin rəfiqəsinə qarşı təcavüz və hücumda ittiham olunur. Onun üçün prokurorluq 3 il həbs cəzası istəyib.
Hazırda 28 yaşı olan Mir 2022/23 mövsümündə “Sevilya”nın heyətində Avropa Liqasının qalibi olub. O, “Valensiya”da da çıxış edib. Hücumçu ötən ilin avqustunda icarə əsasında “Elçe”yə keçib.
Heybət
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
























.png)


.jpg)



