İdman
Messi nə qədər maaş alır
ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən hücumçu Lionel Messinin nə qədər qazandığı məlum olub.
Publika.az xəbər verir ki, bu barədə klubun sahibi Xorxe Mas danışıb.
“Dünya səviyyəli sponsorların mənə lazım olmasının səbəbi odur ki, futbolçular çox bahadır. Mən Messiyə maaş verirəm – o bu pula layiqdir – və bu məbləğ ildə 70–80 milyon dollar arasındadır”, – deyə Mas “Bloomberg”ə müsahibəsində bildirib.
Biznesmen Messinin müqaviləsinin necə qurulduğunu və ödənişlərin necə bölündüyünü dəqiqləşdirməyib.
Messi hazırda dünyada ən çox qazanan ikinci futbolçudur. Birinci yerdə isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda ildə 200–400 milyon dollar qazanan Kriştiano Ronaldo qərarlaşıb.
Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Yeni mövsümdə 38 yaşlı argentinalı futbolçu MLS çempionatında 2 oyuna çıxıb və 2 qol vurub.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video

























.png)


.jpg)



