İdman
“Real” təcili iclas çağırdı: Qvardiolanı söymək qadağan edildi
“Real” klubunun rəhbərliyi UEFA-nın yeni sanksiyalarından qaçmaq üçün təcili tədbirlər görür.
Publika.az xəbər verir ki, klub direktoru Xose Luis Sançes Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə keçiriləcək ev oyunundan əvvəl fanat qruplarının liderləri ilə qapalı görüş keçirib.
UEFA “ağ-qaralar”ı “Benfika” ilə matçda bir azarkeşin nümayiş etdirdiyi nasist jesti səbəbindən 15 000 avro cərimələyib. İndi isə klub üçün hər hansı təkrarlanan pozuntu zamanı tribunaların qismən bağlanması təhlükəsi yaranıb.
"Marca" nəşrinin məlumatına görə, Sançes “qəti qadağa qoyub və “şəhərlilərin” baş məşqçisi Pep Qvardiola ilə bağlı hər hansı təhqiramiz şüarlar səsləndirməyə icazə verməyib.
Ənənəvi olaraq “Real” azarkeşləri “Barselona”nın keçmiş baş məşqçisi üçün homofobik şüarlar səsləndirir və buna görə klub artıq cərimələnir. Bundan əlavə, azarkeşlərə hər hansı milli bayraqların, o cümlədən İspaniya dövlət bayrağının nümayişindən çəkinmək tövsiyə olunub.
“Real” ofisində ciddi narahatlıq var ki, ultrasların davranışı səbəbindən növbəti ev oyunu “Santyago Bernabeu” stadionunda boş tribunalar önünüdə keçirilə bilər.
Heybət
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər






























.png)


.jpg)



