Hadisə
Əkin sahələri və nar bağları su altında qaldı - Foto
Sabirabad rayonunun Poladtuğay kəndində Kür çayının daşması nəticəsində meşə ilə yanaşı, əkin sahələri və nar bağları su altında qalıb.
Publika.az Report-a istinadən xəbər verir ki, çay öz məcrasından çıxaraq kənd ərazisində yerləşən Tuğay meşələrinə, eləcə də əkin və bağ sahələrinə yayılıb.
Kənd sakinləri bildiriblər ki, xüsusilə yonca sahələri və nar bağları ciddi zərər görüb. Ərazilərdə suyun səviyyəsi bəzi yerlərdə 2-3 metrə qədər yüksəlib. Ötən ilin payız mövsümündə 11 hektar sahədə əkilmiş palıd tinglərinin də su altında qalaraq məhv olduğu qeyd olunur.
Subasma təhlükəsini nəzərə alan bəzi sakinlər məhsulu itirməmək üçün qabaqlayıcı tədbirlər görməyə başlayıblar. Belə ki, yonca sahələrində biçin işlərinə start verilib, yığılan məhsul texnikanın köməyi ilə daha təhlükəsiz ərazilərə daşınır.
Məsələ ilə bağlı Azadkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən bildirilib ki, ərazidə vəziyyət nəzarət altındadır. Qeyd olunub ki, kəndin 2162 nəfər əhalisi var və aidiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, monitorinqlər davam etdirilir.
Rəsmi məlumatda həmçinin vurğulanıb ki, mövcud mühafizə bəndlərinin hündürlüyü su səviyyəsindən təxminən 4 metr yüksəkdir. Bu səbəbdən hazırda yaşayış məntəqəsi üçün ciddi təhlükə yoxdur.
-
Sosial18:12Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı
-
Rəsmi xronika16:10İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
-
Dünya14:57NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK
-
Region13:19Türkiyədə turistlərə xəbərdarlıq: 130 dollar cərimələnə bilərsiniz
-
ABŞ12:01Trampın başı dərddə: Məhkəmə iddiası qaldırıldı - Sosial mediada görün nə edib
-
Nida Xəbər 10:12İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO
-
Cənubi Qafqaz10:09Ermənistan bu kəndi Azərbaycana qaytaracaq
-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib






































