İdman
Ayxan Abbasov: “İnanıram ki, maksimum nəticə qazanacağıq”
“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi mətbuat konfransı təşkil olunub.
Publika.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov və yarımmüdafiəçi Emin Mahmudovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırır:
Ayxan Abbasov: “Millətlər Liqasına qədər ümumilikdə iki toplanışımız olacaq. Hazır olmaq üçün bu toplanışlardan maksimum istifadə etməyə çalışacağıq. Əsas məqsədimiz Millətlər Liqasında C Liqasına yüksəlməkdir. Buna hazır olmaq üçün də qarşıdakı oyunlar vacibdir. Sevindirici haldır ki, milliyə dəvət olunanların əhval-ruhiyyəsi, idman forması yaxşıdır. Qarşıdakı iki matçda hər kəsə şans verməyə çalışacağıq. Futbolçuların bir-birilərinə uyğunlaşmaları çox vacibdir. Çünki çox vaxtımız olmayacaq. Rəqiblər bizim üçün yad komandalar olsa da, futbolçuları məlumatlandırmağa çalışdıq. İnanıram ki, hər iki oyunda maksimum nəticə qazanacağıq. Komanda bunun üçün əlindən gələni edəcək”.
Emin Mahmudov: “2026-cı ildə ilk oyunumuz olacaq. Buna görə də yaxşı oyun göstərməyə çalışacağıq. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik. Milli səviyyəsində asan oyun olmur. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməliyik”.
-
Hadisə21:36“Gəlinimi, uşağı burada maşın vurub” - VİDEO
-
Magazin220:48Konsertinə gələn tamaşaçı sayını eşidib şoka düşdü - FOTO
-
Hadisə20:24Bakıda kütləvi dava baş verdi - ANBAAN VİDEO
-
ABŞ19:12Sərçə sayəsində milyonçu oldu
-
Magazin218:48Nəsrin Cavadzadə bu gün onunla evlənir - FOTO
-
ABŞ16:08ABŞ-da faciə - Turnirə gedən klubun oyunçuları qəzada öldü
-
MDB16:00Peskovdan xəbərdarlıq - Kiyevin Rusiyaya hücumları bütün dünyaya zərər verə bilər
-
Region15:43İranda etirazçıların edamı davam edir - 28 yaşlı gənc asıldı(FOTO)

























.png)

.jpg)






