İdman
Ukrayna Dünya Kubokundan kənarda qaldı
Ukrayna millisi 2026-cı il futbol üzrə dünya çempionatında iştirak hüququ uğrunda keçirilən Avropa pley-off turnirinin yarımfinal matçında İsveç komandasına 1:3 hesabı ilə məğlub olub.
Publika.az xəbər verir ki, görüş İspaniyanın Valensiya şəhərində baş tutub.
Qaliblərin heyətində Viktor Dyökereş het-trik edib (6, 51, 73-cü dəqiqələr). O, sonuncu qolu penaltidən vurub. Məğlub olan tərəfdən isə Matvey Ponomarenko (90+1) qol müəllifi olub. Pley-off turnirinin finalında isveçlilər öz yarımfinalında Albaniya komandasına qalib gələn (2:1) Polşa millisi ilə qarşılaşacaqlar. Həlledici oyun martın 31-də keçiriləcək.
Ukrayna millisi dünya çempionatının final mərhələsində bir dəfə iştirak edib - 2006-cı ildə Almaniyada keçirilən turnirdə dörddəbir finala qədər yüksəlib. İsveçin aktivində dünya çempionatlarının bir gümüş və iki bürünc medalı var; onların final mərhələsində sonuncu iştirakı "Tre Krunur"un dörddəbir finala çatdığı DÇ-2018 (Rusiya) olub.
Futbol üzrə dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Bundan əvvəl Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və ABŞ-ın bu prosesdə iştirakı fonunda İran millisinin dünya çempionatında oynamaqdan imtina edə biləcəyi bildirilirdi. Sonradan məlum olub ki, İranda komandanın oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi mümkünlüyü FİFA ilə müzakirə edilir.
Hüseyn İbadlı
-
Səhiyyə20:00TƏBİB gücləndirilmiş iş rejimində keçir
-
Elm və təhsil19:4017 mayda keçirilən imtahanların nəticələri elan edildi
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı





































