İdman
Musayev Las Veqasdakı hazırlıqdan danışdı: Mütləq qayıdacağam
Azərbaycanlı UFC döyüşçüsü Tofiq Musayev ABŞ-da yeni döyüşünə hazırlıqları barədə danışıb.
Publika.az xəbər verir ki, Musayev bu barədə “Sport24”-ün müxbiri Vladimir Kolosa müsahibəsində bildirib.
Bazar günü, martın 29-da Musayev Sietldə (ABŞ) UFC turnirində çilili İqnasio Bahamondeslə döyüşəcək.
– UFC döyüşçüsü olmaq möhtəşəmdir. Bu, MMA ilə məşğul olan hər kəsin arzusudur. Mən həm də Azərbaycandan olan pionerəm, ona görə də bu, mənim üçün şərəfdir.
– Bakıda keçirilən UFC-dən bəri döyüşməmisiniz. Daha tez oktaqonaya qayıtmaq imkanı var idimi?
– Bakıdakı döyüşdən sonra UFC-dən təkliflər gözləyirdik, üstəlik, vizalarımız üzərində işləyirdik. Hər şey yerində olan kimi hazırlıqlara başladıq.
– Artıq Las Veqasa köçmüsünüz?
– Bəli, Veqasa köçdüm. Burada ilk dəfə oluram, amma çox xoşuma gəldi. Bu döyüşə “Xtreme Couture” və “UFC PI”də hazırlaşdım. “Xtreme Couture”da çoxlu əla döyüşçülər və güclü məşqçilər var. Hər şeydən məmnunam, məşqlərim yaxşı keçdi. Çox güman ki, yenidən Veqasa qayıdıb burada döyüşlərə hazırlaşmağa davam edəcəyəm.
– Ən yaxşı oyunçulardan hansı ilə qarşılaşmaq şansınız oldu?
– Orada həm 70 kq, həm də 77 kq çəki dərəcələrində çoxlu yaxşı sparrinq tərəfdaşları var. Geniş seçim var və mən mütləq geri qayıdacağam.
-
Hadisə21:36“Gəlinimi, uşağı burada maşın vurub” - VİDEO
-
Magazin220:48Konsertinə gələn tamaşaçı sayını eşidib şoka düşdü - FOTO
-
Hadisə20:24Bakıda kütləvi dava baş verdi - ANBAAN VİDEO
-
ABŞ19:12Sərçə sayəsində milyonçu oldu
-
Magazin218:48Nəsrin Cavadzadə bu gün onunla evlənir - FOTO
-
ABŞ16:08ABŞ-da faciə - Turnirə gedən klubun oyunçuları qəzada öldü
-
MDB16:00Peskovdan xəbərdarlıq - Kiyevin Rusiyaya hücumları bütün dünyaya zərər verə bilər
-
Region15:43İranda etirazçıların edamı davam edir - 28 yaşlı gənc asıldı(FOTO)

























.png)

.jpg)






