İdman
“Barselona” onun transferindən imtina etdi: Pul yoxdur
“Barselona”nın “Tottenhem”in futbolçusu Xavi Simonsi transfer edəcəyi ilə bağlı şayiələr son günlər artsa da, klub bu variantdan imtina edib.
Publika.az xəbər verir ki, London klubunun uğursuz mövsüm keçirməsi, Premyer Liqada aşağı sıralara düşməsi və “Atletiko”ya uduzaraq Çempionlar Liqasından kənarlaşması fonunda 22 yaşlı niderlandlı hücumameyilli yarımmüdafiəçinin gedişi ilə bağlı iddialar güclənmişdi.
Buna baxmayaraq, “Barsa” rəhbərliyi transferi məqsədəuyğun hesab etmir. Bildirilir ki, bu keçid üçün təxminən 45 milyon avro tələb olunur və bu məbləğ klubun maliyyə vəziyyəti üçün çox yüksək sayılır.
İdman baxımından da bu addım müsbət qiymətləndirilməyib. Klub hesab edir ki, vaxtilə PSJ-yə gedən Simonsun geri qaytarılması akademiya sisteminə yanlış siqnal verə bilər.
Hazırda “Barselona” daha çox öz yetirmələrinə güvənməyi planlaşdırır və hücum xətti üçün digər variantları, o cümlədən Markus Reşfordun komandada qalmaq ehtimalını dəyərləndirir. Beləliklə, Xavi Simons hazırda “Barselona”nın transfer planlarında yer almır.
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı







































