İdman
Hamı "Bayern"in ulduzundan danışır: Bu qədər puldan niyə imtina edir?
"Bayern"in və Fransa millisinin vingeri Maykl Olise yenidən diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, o, bu dəfə oyunu ilə yox, karyerası ilə bağlı verdiyi qərarla gündəmə gəlib.
Məlumata görə, 24 yaşlı futbolçu karyerası boyu heç bir idman brendi ilə müqavilə bağlamadan çıxış edir. Bu isə müasir futbolda demək olar ki, rast gəlinməyən haldır.
Olise meydançaya "Nike" butsları ilə çıxsa da, onun heç bir reklam razılaşması yoxdur. Mənbələrin bildirdiyinə görə, bu, futbolçunun şüurlu seçimidir. O, kommersiya müqavilələrində maraqlı deyil.
Fransalının populyarlığının sürətlə artdığını və böyük marketinq potensialına sahib olduğunu nəzərə alsaq, bu mövqe daha da qeyri-adi görünür.
Sosial şəbəkələrdə bu məsələ azarkeşlər arasında geniş müzakirə doğurub. İstifadəçilərdən biri yazıb: “Bu, hələ "Kristal Pelas"dakı vaxtlarından belədir. Ona pul lazım deyil. Sakit oğlandır və onun futbolu özü danışır. Gördüyümüz ən unikal oyunçulardan biridir”.
Digər azarkeşlər isə bu fikirlə razılaşmır: “Deyirlər pula önəm vermir, amma hər gün bahalı geyimlərdə görünür”.
Hər halda, Olise artıq təkcə oyunu ilə deyil, karyerasına yanaşması ilə də fərqlənir və bu da ona olan marağı daha da artırır.
Müəllif: Heybət
-
Yaxın Şərq16:33İranın Ali Rəhbəri haradadır? - Öldüyü deyilən Xamenei ilə bağlı RƏSMİ AÇIQLAMA
-
İdman16:27PSJ-nin ulduzu "Liverpul"la oyundan əvvəl şok xəbər alıb: Qardaşı sevgilisini... - FOTOLAR
-
Sosial16:17Bakıda faciəvi şəkildə ölən zabit olub
-
Nida Xəbər 15:52Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir? - FOTO
-
Region15:42Paşinyandan yeni Konstitusiya açıqlaması: Yalnız bir seçim var
-
Yaxın Şərq13:3240 günlük müharibə: İsrailin itkiləri açıqlandı – 7451 nəfər...
-
Magazin112:46Aygün Kazımovanın qaziyə jesti rəğbətlə qarşılandı - VİDEO
-
MDB12:14Zelenski Putinlə görüşün yerini açıqladı - Nə Kiyev, nə də Moskva








































