İdman
"Arsenal" Arteta ilə danışıqları dayandırdı: Səbəb nədir?
"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubla yeni müqavilə imzalanması ilə bağlı ilkin danışıqlar aparıb.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Arteta 2019-cu ildən komandaya rəhbərlik edir və baş məşqçi kimi yeganə böyük kubokunu debüt mövsümündə qazanıb. Həmin vaxt “topçular” İngiltərə Kubokunun sahibi olmuşdu.
Hazırda 44 yaşlı mütəxəssisin müqaviləsinin bitməsinə bir il qalıb. Lakin o, fəaliyyəti ilə klub rəhbərliyini razı salaraq düzgün seçim olduğunu sübut edib.
BBC-nin məlumatına görə, tərəflər bir müddət əvvəl yeni müqavilə ilə bağlı müzakirələrə başlayıb və proses müsbət istiqamətdə irəliləyib. Mövsümün sonuna yaxın isə danışıqları müvəqqəti dayandıraraq diqqəti cari mövsümün uğurla başa vurulmasına yönəltmək qərarına gəlinib.
Bununla belə, mövsümün nəticəsi Artetanın gələcəyinə təsir etməyəcək. Həm klub, həm də ispaniyalı mütəxəssis əməkdaşlığı davam etdirmək niyyətindədir.
Heybət
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi






































