İdman
Ulduz futbolçuya xəyanət edən gözəl: Niyə ona hər ay 500 min avro ödəyirdi? - FOTOLAR
PSJ Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda «Liverpul»u 2:0 hesabı ilə məğlub edib. Cavab görüşü öncəsi ingilis klubunun şansları xeyli az görünür. Paris təmsilçisi meydanda tam üstünlük nümayiş etdirib, Arne Slotun komandası isə aciz təsir bağışlayıb.
Publika.az xəbər verir ki, lakin PSJ-nin bir futbolçusu üçün bu oyun psixoloji baxımdan olduqca ağır keçib. Bu barədə ötən gün məlumat vermişdik. İndi isə təfərrüata varacağıq.

"Topskill Sports UK"-nin məlumatına görə, Nunu Mendeş qarşılaşmadan bir qədər əvvəl sevgilisi Talitanın ona xəyanət etdiyini öyrənib. İddialara görə, futbolçunun qardaşı ona zəng edərək Talitanı Portuqaliyada başqa bir kişi ilə yaxaladığını bildirib. Məlumata əsasən, Talita tam şəkildə Fransaya köçməyib və Parislə Lissabon arasında yaşayırdı. Məhz Lissabondakı evdə bu hadisə baş verib.
Bildirildiyinə görə, bu xəbər futbolçuya "Liverpul"la oyundan cəmi bir neçə saat əvvəl çatdırılıb. Buna baxmayaraq, portuqaliyalı müdafiəçi meydana çıxıb və 90 dəqiqə oynayıb.

Talitanın braziliyalı model olduğu qeyd edilir. Cütlük 2024-cü ildən birlikdə idi. Həmin ilin yayında Menorka və Kabo-Verde istirahətlərindən ilk birgə fotolarını paylaşmışdılar. Qız daha sonra tez-tez "Park de Prens" stadionundan görüntülər də yayımlayırdı.
Mendeş Çempionlar Liqasındakı uğurları da onunla birlikdə qeyd etmişdi. Münhendə "Alyans Arena"da keçirilən finaldan sonra həm kubokla, həm də Talita ilə sevincini bölüşmüşdü.

Portuqaliya mediası yazır ki, futbolçu 2026-cı il dünya çempionatından sonra onunla evlənməyi planlaşdırırdı və hətta model karyerasını dayandırmasını xahiş edərək aylıq 500 min avro ödəyirdi.
Hazırkı vəziyyətdə isə toy məsələsi sual altına düşüb.










-
Magazin220:24Bülent Ərsoy reklam qonorarı ilə rekord qırdı
-
Magazin119:24"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar
-
Hadisə18:00Ağcabədidə dəhşətli qətl: Ər arvadını balta ilə doğradı
-
MDB17:41Məşhur aktrisanı maşın vuraraq öldürdü
-
Elm və təhsil17:22Əməkdar həkimə vəzifə verildi - Foto
-
MDB17:09Turistlər dəhşətli meşə yanğınını belə törətdilər - Video
-
İdman15:54Ronaldo bir dəfə saunada bədənini göstərib soruşdu ki… - Antoni
-
Ekologiya15:46Hava ilə bağlı xəbərdarlıq




























.png)

.jpg)






