İdman
Luçeskunun aylar əvvəl dediyi sözlər gündəm oldu: Xəstələnəcəm və öləcəm
Aprelin 7-də vəfat edən Mırça Luçesku məşqçi kimi Avropa futbolunda dərin iz buraxıb.
Publika.az xəbər verir ki, rumıniyalı mütəxəssisin aylar əvvəl verdiyi bir açıqlama ölümündən sonra gündəm olub. Onun 12 oktyabr 2025-ci ildə Avstriya üzərində qələbədən sonra (1:0) dediyi sözlər xatırlanıb:
“Mənim 80 yaşım var. Heç kimə paxıllıq etmirəm, başqa maraqlarım yoxdur. Yeganə marağım uğurdur. Mən bununla yaşayıram. Əgər uğur qazanmasam, xəstələnəcəm və öləcəm!”
Maraqlısı budur ki, titullu məşqçi çərşənbə axşamı 80 yaşında vəfat edib. Onun son oyunu 26 mart tarixində baş tutub. Luçeskunun rəhbərlik etdiyi Rumıniya millisi Türkiyəyə 0:1 hesabı ilə məğlub olaraq dünya çempionatına vəsiqə uğrunda pley-offun finalına yüksələ bilməyib.
Bundan sonra onun ürəyində ciddi problemlər yaşanıb. Xəstəxanaya yerləşdirilən Luçeski bir neçə dəfə infarkt keçirib. Ürəyi tibbi müdaxilələrə cavab verməyib. Əvvəlcə komaya düşüb, sonra isə fiziki ölüm reallaşıb.
Bu həftə keçirilən avrokubok oyunları Mırça Luçeskunun xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
Heybət
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi











.jpg)

























