İdman
UEFA "Barselona"nı cəzalandıracaq: "Atletiko" ilə oyundan əvvəl nə baş verib?
UEFA "Barselona"nı cəzalandıra bilər.
Publika.az xəbər verir ki, buna səbəb Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko"ya qarşı oyundan əvvəl yerli azarkeşlərin davranışıdır.
Məlumata görə, Kataloniya klubunun fanatları rəqib komandanın avtobusunu “Kamp Nou” stadionuna gedən yolda daşlayıblar.
UEFA-nın nizamnaməsinin 16-cı maddəsinə əsasən, ev sahibi klub stadion daxilində və onun ətrafında, oyundan əvvəl, oyun zamanı və sonra təhlükəsizlik və ictimai qaydaya görə tam məsuliyyət daşıyır.
Kataloniyalı azarkeşlərin “Atletiko”nu qorxutmaq cəhdi isə nəticə verməyib. Madrid təmsilçisi səfərdə 2:0 hesabı ilə qələbə qazanıb.
Komandalar arasında cavab görüşü 14 aprel tarixində Madriddə keçiriləcək və oyun saat 23:00-da başlayacaq.
Heybət
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi











.jpg)

























